Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Dünya kino tarixinin ən əhəmiyyətli günlərindən biri

© AFP 2024 / GABRIEL BOUYSСтатуя Оскар, фото из архива
Статуя Оскар, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Kinematoqrafiya Sənət və Elm Akademiyasının ali mükafatı (XX əsrin 40-cı illərindən "Oskar") ilk dəfə 16 may 1929-cu ildə Hollivudun "Roosevelt" otelində təqdim olunub

BAKI, 16 may — Sputnik. 1929-cu il mayın 16-da ABŞ-ın Hollivud şəhərində ilk dəfə “Oscar” mükafatı təqdim olunub. 

Kinematoqrafiya Sənət və Elm Akademiyasının bu mükafatının ilk təqdimat mərasimi 270 nəfərin iştirakı ilə 15 dəqiqə davam edib. Həmin gün aktyorlara və aktrisalara, rejissorlara, kino sənayesinin digər nümayəndələrinə 15 mükafat təqdim edilib.

"Ən yaxşı film" nominasiyasında ilk mükafatı Lüsyen Habbardın "Qanadlar" filmi qazanıb. "Ən yaxşı kişi rolu" nominasiyasında qalib "Sonuncu əmr" filmindəki böyük knyaz Sergey Aleksandroviç roluna görə Emil Yanninqs olub. "Ən yaxşı qadın rolu"na görə mükafat "Yeddinci göy", "Küçədən gələn mələk" və "Günəşin oyanması" filmlərində rol almış Canet Geynora verilib. 

İlk vaxtlar təqdimetmə mərasimləri radio vasitəsilə yayımlansa da, 1953-cü ildən televiziya ilə də göstərilməyə başlayır. 

Hazırkı görünüşdə "Oskar" mükafatı ilk dəfə 1939-cu ildə təqdim olunub. Mükafat "Oskar" adını da ötən əsrin 40-cı illərindən alıb.

Xəbər lenti
0