BAKI, 15 may — Sputnik. Amsterdam Azad Universitetinin alimləri araşdırma zamanı aşkarlayıblar ki, ağır fiziki əməklə məşğul olan kişilər oturaq işlə məşğul olan həmcinsləri ilə müqayisədə daha tez ölürlər. Sputnik Azərbaycan xəbər verir ki, alimlərin araşdırtması British Journal of Sports Medicine jurnalında nəşr olunub.
Mütəxəssislər professional fiziki aktivlik və ölüm arasında bağlılığa həsr olunan 2,4 mindən çox elmi işi analiz ediblər. Bu araşdırmalar 1960-2010-cu illərdə aparılıb.
Məlum olub ki, fiziki iş kişilərdən vaxtından tez ölmə riskini 18% artırır.
Bu arada qadınlarda bu hal müşahidə olunmayıb.