CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yenə döndük-dolaşdıq, eyni "qara zolağa" düşdük - Həyacan siqnalı

Abunə olmaq
İmtahanda uğursuzluğa düçar olanlar niyə intiharı seçirlər?

Zarina Orucəliyeva, Sputnik Azərbaycan

BAKI, 15 may — Sputnik. "Yalnız Azərbaycanda buraxılış imtahanı və diplomla bağlı hansısa kultlar yaradılıb". Bunu Sputnik Azərbaycan-a AR Səhiyyə Nazirliyi yanında Psixi Sağlamlıq Mərkəzinin direktoru Fuad İsmayılov deyib.

Въезд в город Сумгайыт - Sputnik Azərbaycan
HADİSƏ
Sumqayıtda abituriyent anasının gözü qarşısında intihar etdi

Mütəxəssis buraxılış və ali təhsil məktəblərinə qəbul imtahanlarından sonra abituriyentlərə stressi aradan qaldırmağa necə yardım etməklə bağlı bir sıra məsləhətlər verib. Bizim ona müraciət etməyimizə səbəb isə son günlər Sumqayıtda qəbul imtahanının ardından baş verən iki intihar hadisəsi olub.

Sputnik Azərbaycan-ın verdiyi məlumata görə, bazar günü ali məktəblərə II və III ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarından sonra Sumqayıt şəhərində iki gənc intihar edib. Birinci intihar mayın 13-də imtahandan dərhal sonra baş verib. Sumqayıtın 9-cu mikrorayonu ərazisində 2001-ci il təvəllüdlü P.Q. özünü yaşadığı beşmərtəbəli evin balkonundan atıb.

İlkin araşdırma zamanı məlum olub ki, intihar, təqribən, gündüz saat 16:00 radələrində baş verib. Bundan bir qədər əvvəl gənc imtahandan evlərinə qayıdıbmış. Abituriyent kifayət qədər bal toplamadığına görə anası tərəfindən danlanıb. Bundan qəzəblənən gənc münaqişə zamanı balkona çıxaraq özünü aşağı atıb.

Въезд в город Сумгайыт. Архивное фото - Sputnik Azərbaycan
HADİSƏ
Sumqayıtda daha bir şok olay: Şəhərdə nə baş verir?

Digər abituriyentin intiharı isə mayın 14-də saat 12:00 radələrində Sumqayıtın 45-ci kvartalında qeydə alınıb. 2001-ci il təvəllüdlü Rüstəmov Faiq Fuad oğlu 14 mərtəbəli binanın çardağına çıxaraq oradan özünü atıb. Gəncin əlində coğrafiyadan test toplusu, eynək və 20 qəpik olub. Araşdırma zamanı müəyyən edilib ki, abituriyent özünü atdığı binada yaşamayıb. Hüquq-mühafizə orqanlarının araşdırması zamanı gəncin imtahandan sonra evlərinə gəlmədiyi məlum olub. O, imtahanda aşağı nəticə göstərdiyinə görə valideynlərinin gözünə görünməkdən qorxub.

İsmayılovun fikrincə, belə hallar dünyanın heç bir ölkəsində müşahidə edilmir: "Çünki xaricdə universitetə daxil olmağı Azərbaycandakı kimi kulta çevirməyiblər. Çünki onların yenidən imtahan verib ali məktəbə daxil olmaq və ali təhsil almaq şansı olur. İlk dəfə baş verən uğursuzluq həyatdan küsmək və güclü stress keçirmək üçün bəhanə olmamalıdır".

"İmtahan sadəcə biliklərin indikatorudur" — deyən ekspert ilk cəhddə ali məktəbə daxil olmamağı dramatikləşdirməməyi məsləhət görür: "İnsanların imtahan verməyə hazır olmadığı bir çox hallar var. Əgər onlarda birinci dəfə alınmayıbsa, daha bir il də hazırlaşmaq lazımdır. Əgər insan qarşısına hansısa məqsədi qoyubsa, ona nail olmaq üçün həmişə əlavə şanslar və imkanlar var".

O, valideynlərə abituriyentləri danlamamağı, onların hissləri ilə oynamamağı və onlara qarşı zorakı üsullardan istifadə etməməyi məsləhət görür: "Çünki bütün bu hallar onsuz da vəziyyəti yaxşılığa doğru dəyişməyəcək. Valideynlər bu cür məsələlərə böyük anlayışla yanaşmalıdırlar".

Həkim imtahanların abituriyentlərdə güclü stress yaratdığını, bu səbəbdən də mütəxəssislərə müraciət etmək lazım gəldiyini bildirib: "Bizim Mərkəzə tez-tez valideynlərlə birlikdə abituriyentlər müraciət edirlər. Onlar tükənmələrindən, yorğunluqdan, təhsillə əlaqədar yüklərinin çox olmasından şikayətlənirlər. Bununla əlaqədar olaraq, biz onlara dərsə düzgün münasibət formalaşdırmağı, gündəlik rejimi düzgün müəyyən etməyi məsləhət görürük".

İntihar kəndiri, arxiv şəkli - Sputnik Azərbaycan
HADİSƏ
Orta məktəb şagirdi nədən intihar etdi?

"Belə çətin dövrdə bütün ailə gücünü səfərbər edərək elə şərait yaratmalıdır ki, uşaq təhsilini müvəffəqiyyətlə başa vursun. Stress boş-boşuna yaranmır və universitetə daxil olmaq üçün bütün hazırlıq prosesinin gedişində daha da artır. Buna görə, doğmaları daim abituriyenti təşviq etməyə çalışmalıdırlar" — müsahibimiz bildirib.

İsmayılov onu da əlavə edib ki, statistikaya görə, qızlar həyatları boyu iki dəfədən çox intihara əl atsalar da, cavan oğlanların intihar prosesinin reallaşması hallarına daha tez-tez rast gəlinir.

Bu kədərli statistikanı AR Səhiyyə Nazirliyinin baş toksikoloqu Azər Maqsudov da Sputnik Azərbaycan-a təsdiqləyib. Onun sözlərinə görə, bu il hələlik onların toksikologiya şöbəsinə öz həyatına qəsd etmək qərarına gələn abituriyent daxil olmayıb: "Lakin 2017-ci ildə buraxılış imtahanında lazımi nəticəni göstərə bilməyən iki qız yüksək dozada sakitləşdirici preparat qəbul edərək onların şöbəsinə düşüb. Xoşbəxtlikdən preparatlar bitki tərkibli olublar və qızlar lazımi müdaxilədən sonra özlərinə gəliblər".

O da məlum olub ki, Azərbaycanda ali məktəbə daxil olmaq üçün maraqlı vasitələr mövcuddur. KİV-in yazdığına görə, hazırda pirlərə və "qorxunu götürmək" üçün "çıldağa" böyük abituriyent axını müşahidə edilir.

Valideynlər və abituriyentlər müqəddəs yerlərə gedərək fövqəltəbii qüvvələrdən onların ali məktəbə daxil olmaqla bağlı arzularını yerinə yetirməsini xahiş edirlər. Baxmayaraq ki, bu, fövqəlqüvvələrin deyil, məhz özlərinin imkanları daxilindədir. Misal üçün, valideynlər dua edirlər ki, uşaqları pulsuz fakültələrə düşsün. Və bu imtahanqabağı ajiotaj hər il müşahidə edilir.

Yeri gəlmişkən, Dövlət İmtahan Mərkəzi mayın 20-də I və IV qrup ixtisaslar üzrə imtahan keçirməyə hazırlaşır.

Xəbər lenti
0