Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Qonşuda dolların məzənnəsi rekord həddə çatdı

© AP Photo / Emrah GurelTürk lirəsi, avro və dollar
Türk lirəsi, avro və dollar - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyədə ABŞ dollarının məzənnəsi 4.39 lirəni keçərək yenidən rekord vurub

BAKI, 15 may — Sputnik. Türkiyədə ABŞ dollarının məzənnəsi 4.39 lirəni keçərək yenidən rekord vurub.

Sputnik Azərbaycan "Bloomberght"ə istinadla xəbər verir ki, dolların məzənnəsi səhər saatlarında 4.3981 lirəyə çataraq rekordu təzələyib.

Avronun məzənnəsi isə bu gün saat 10.27-yə görə 5.2325 lirəyə çatıb.

Lirənin ucuzlaşmasına siyasi sahədə qeyri-müəyyənlik və Orta Şərqdə artan gərginliyin inkişaf edən bazarlar üzərindəki təzyiqinin səbəb olduğu qeyd edilir.

Xəbər lenti
0