İsrailin yaranmasının 70-ci ildönümündə Amerika lideri Donald Tramp Qüdsdə ABŞ-ın səfirliyinin açılması barədə rəsmi bəyanat verməklə, Qəzza zolağında kütləvi etirazlara rəvac verib. Fələstinlilərin İsrail hərbçiləri ilə qarşılaşma anının şəkillərinə Sputnik Azərbaycan-ın fotolentində baxa bilərsiz.
Fələstinlilərin Yerusəlimin şərq hissəsinə iddia etmələrinə baxmayaraq, şəhər yəhudi dövlətinin paxtaxtı kimi tanınıb. İsrailin yaranmasının 70-ci ildönümündə ABŞ prezidenti Donald Tramp ölkə səfirliyinin Təl-Əvivdən Yerusəlimə göçürülməsi barədə rəsmi bəyanat səsləndirib. Bu isə Fələstin tərəfinin etirazlarına və bölgədə yeni həyəcan dalğasının yaranmasına səbəb olub.
Fələstinlilərlə İsrail əsgərlərinin toqquşması nəticəsində 60-a yaxın adam ölüb, 2,4 mindən çox adam yaralanıb. Fələstin lideri Mahmud Abbas fələstinlilərin qətli ilə bağlı ölkədə üçgünlük matəm elan edib.