BAKI, 15 may — Sputnik. Amerikalı mütəxəssislər müvəffəqiyyətlə inşan beyninin hüceyrələrini laboratoriyada siçan beyninə yerləşdiriblər. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, təcrübə üçün miniatür insan beynindən istifadə edilib. Bu beyin mərcimək toxumu boyda olub. Təcrübəni həyata keçirən alimlərin sözlərinə görə, təcrübə uğurla həyata keçirilib.
Alimlər bir müddət siçanların hərəkətində dəyişiklik olub-olmamasına nəzarət ediblər və hərəkətlərdə heç bir dəyişiklik olmayıb.
İndi bioloqlar gələcəkdə beyin hüceyrələrinin süni şəkildə böyüməsinə və beyin hüceyrələrinin ölümündən əziyyət çəkən insanları müalicə etmək üçün onlardan istifadə olunacağına əmin olur.