Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Baş nazir "Eurovision"un qalibinə "inək" dedi

© REUTERS / Pedro NunesNetta Barzilay
Netta Barzilay - Sputnik Azərbaycan
Abunə olmaq
Sözün əsl mənasını bilməyən "Twitter"-in ingilisdilli istifadəçiləri gördüklərindən şoka düşüblər

BAKI, 15 may — Sputnik. "Microsoft" şirkətinin "Bing" avtomatik tərcümə xidməti İsrail baş naziri Benyamin Netanyahunun "Eurovision-2018" mahnı müsabiqəsinin qalibi Netta Barzilayın ünvanına səsləndirdiyi komplimenti təhqirə çevrilib. Bu barədə Sputnik Azərbaycan İsrailin "Haaretz" nəşrinə istinadən xəbər verir.

Армянская участница украинского музыкального проекта выступила Голос Украины Србуи Саргсян - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Sarqsyan Azərbaycan bayrağı fonunda mahnı oxudu

Netanyahu qalibi təbrik edərkən "Kapara" sözündən istifadə edib ki, bu da avtomatik tərcümə xidməti tərəfindən "inək" kimi tərcümə olunub. Söz isə, əslində, möhtəşəm deyə tərcümə olunmalı imiş. Bu sözün əsl mənasını bilməyən "Twitter"-in ingilisdilli istifadəçiləri isə sadəcə gördüklərindən şoka düşüblər.

İsrailin "Haaretz" nəşri vurğulayır ki, "Bing" bir neçə saatdan sonra "Kapara" sözünün daha dəqiq tərcüməsini təqdim edib: "Netta, sən möhtəşəmsən! Sən İsrail dövləti üçün böyük hörmətə nail oldun. Növbəti il Qüdsdə!", — deyə Netanyahu yazıb.

Qeyd edək ki, Netta ötən həftə keçirilən "Eurovision" müsabiqəsində qalib olmaqla, ölkəsini dördüncü dəfə birinci yerə çıxarıb. Nettaya qədər sonuncu qalib İsrail təmsilçisi 1998-ci ildə "Diva" mahnısı ilə çıxış edən Dana İnternational olub.

Xəbər lenti
0