Təhsil məsələləri üzrə ekpsert Məlahət Mürşüdlü Sputnik Azərbaycan-a deyir ki, bu ancaq xarici dillərin tədrisi sahəsində mümkündür:
“Özəl və dövlət universitetlərində buna icazə var. Belə bir qaydanın təsdiq olunmasına müsbət yanaşıram. Bizdə əvvəl belə bir təcrübə olub. Məsələnin maraqlı məqamı xarici müəllimlərin kim tərəfindən maliyyələşdiriləcəyidir. Yəni onların əmək haqqı məktəb tərəfindənmi, yoxsa Təhsil Nazirliyinin ehtiyyat fondundanmı ödəniləcək? Xaricdən gələn mütəxəssislərin əməkhaqqı yüksək olur. Onlar bizim müəllimlər kimi 12-18 saat dərs qarşılığında 200-250 manata fəaliyyət göstərməzlər”.
Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqəyə elektron ərizələrin qəbulu 25 iyun — 5 iyul tarixlərində baş tutacaq. Müsabiqənin test imtahanı və müsahibə mərhələləri Azərbaycan Texniki Universitetində keçiriləcək.
Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz