Şahpəri Abbasova, Sputnik Azərbaycan
BAKI, 15 may— Sputnik. Balakən rayonunda tükürpədən olay baş verib.
Sputnik Azərbaycan-ın bölgə müxbirinin məlumatına görə, ötən gün günorta saatlarında rayonun Talalar kənd sakini Kamil Məmmədov intihar edib. 1949-cu il təvəllüdlü mərhumun meyidi yaxınları tərəfindən yaşadığı evin həyətyanı sahəsindəki ağacdan asılı vəziyyətdə aşkar edilib. Onun özünə qəsd etməsinin dəqiq səbəbləri hələlik məlum deyil.
Baş vermiş hadisə ilə bağlı Balakən rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.