BAKI, 14 may — Sputnik. Bakının Xəzər rayonunda başverən bədbəxt hadisə nəticəsində üç yaşlı uşaq ölüb.
Xəzər rayon Polis İdarəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, mayın 12-də Türkan qəsəbəsində, Kamran Kazımzadənin evində faciə baş verib. Evdəki televizor onun yanında oynayan 3 yaşlı uşağın başına düşüb. Nəticədə uşaq kəllə-beyin travması alıb və Bakıdakı Neyrocərrahiyyə Mərkəzinə çatdırılıb.
Lakin həkimlərin səyinə baxmayaraq, uşağın həyatını xilas etmək mümkün olmayıb. O, mayın 13-də keçinib.
Hazırda rayon prokurorluğunda faktla bağlı araşdırma aparılır.