Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Gözlənilən görüş baş tutdu, Putin Paşinyanla bağlı mövqeyini açıqladı

© Sputnik / Mikhail Klimentyev / Mediabanka keçidNikol Paşinyan və Vladimir Putinin görüşü, 14 may 2018-ci il
Nikol Paşinyan və Vladimir Putinin görüşü, 14 may 2018-ci il - Sputnik Azərbaycan
Abunə olmaq
Vladimir Putin: "Rusiya Ermənistanı regionda ən yaxın tərəfdaşı və müttəfiqi olaraq nəzərdən keçirir"

BAKI, 14 may — Sputnik. Soçidə Rusiya prezidenti Vladimir Putin ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş baş tutub. Bu barədə Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir.

Ереван - Sputnik Azərbaycan
RUSİYA
"Rusiya Ermənistana güzəştə getməyəcək"

Putin vurğulayıb ki, Rusiya Ermənistanı regionda ən yaxın tərəfdaşı və müttəfiqi olaraq nəzərdən keçirir: "Bura iqtisadi əməkdaşlıq və təhlükəsizlik məsələləri də daxildir. Ümid edirəm ki, indiyə qədər Rusiya və Ermənistanın iqtisadi əməkdaşlıq sahəsində əldə etdiyi nəticələri qoruyub saxlamağa nail olacağıq".

Rusiya prezidenti, eyni zamanda qeyd edib Moskva beynəlxalq miqyasda, o cümlədən Rusiya ilə Ermənistanın bir-birini dəstəklədiyi BMT-də Ermənistanla fəal işləməkdə davam edəcək.

Paşinyan isə öz növbəsində heç kimin Rusiya – Ermənistan əlaqələrinin vacibliyini şübhə altına almadığını və bundan sonra da almayacağını vurğulayıb: "Bizim həm siyasi, həm də iqtisadi anlamda əlaqələrə impuls vermək üçün enerjimiz var".

Baş nazir vurğulayıb ki, hazırda Rusiyadan xeyli sayda turist Ermənistana səfər edir: "Bu, çox xoşdur. Düşünürəm ki, Ermənistan onların xoşuna gəlir. Biz, həmçinin Ermənistanda ölkədaxili böhran zamanı Rusiyanın sərgilədiyi balanslaşdırılmış, konstruktiv mövqeyi yüksək dəyərləndiririk. Bu, həm bizim hökumət, həm də cəmiyyət tərəfindən yüksək qiymətləndirilir".

Xəbər lenti
0