BAKI, 29 dekabr — Sputnik. "Rusiya Avropa Birliyi ilə Ermənistan arasındakı razılaşmanın həyata keçməsinə imkan verməməyə çalışacaq". Sputnik Azərbaycan xəbər verir ki, bunu tanınmış erməni ekspert, politoloq Sarkis Artsrunin "1in.am" saytında dərc olunan məqaləsində yazıb.
"Moskva Ermənistanda dominantlığını saxlamağa çalışacaq. Bu isə İrəvanın Avropa perspektivini puç edir. Kreml davamlı olaraq Ermənistanla Rusiya arasında vassal münasibətlərinin qorunmasına səy göstərir" — ekspert qeyd edib.
Sarkis Artsurinin məqalənin sonunda yazıb ki, hazırda ölkədə avrasiyaçılıq düşüncə tərzindən başqa alternativ fikir yoxdur: "Nə qədər ki, fərqli düşüncə tərzinin inkişafı olmayacaq, Ermənistan da o qədər Rusiyadan asılı olacaq".