Axır ki, əliyanlıların fəryadına hay verildi

© Sputnik / Musa MuradlıBərdənin Əliyanlı kəndi
Bərdənin Əliyanlı kəndi - Sputnik Azərbaycan
Abunə olmaq
Kənd bələdiyyəsi əraziyə atılan zibilin təmizlənməsini təmin edib

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 14 may — Sputnik. Bir neçə gün öncə Bərdə rayonunun Əliyanlı kəndində ekoloji fəlakət hökm sürdüyü barədə məlumat vermişdik. Qeyd etmişdik ki, kənardan gətirilən məişət tullantıları kənddəki yaşayış evlərinin yanına atılır. Ərazidəki antisanitar vəziyyətdən fəryad edən kənd sakinləri bildirmişdilər ki, tullantıların yaratdığı üfunət qoxusu dözülməzdir.

Bərdə rayonunun Əliyanlı kəndi ərazisindəki zibillik - Sputnik Azərbaycan
CƏMİYYƏT
Əliyanlıların fəryadı Bakıya qədər çatdı: "Bizi xilas edin!"

Sputnik Azərbaycan-ın bölgə müxbiri dünən yenidən həmin kənddə olub və tamam başqa bir mənzərə ilə üzləşib. Belə ki, ərazidə xoşagəlməz vəziyyətdən, qalaq-qalaq yığılmış zibil təpələrindən əsər-əlamət belə qalmayıb.

Kənd sakinlərindən öyrəndiyimizə görə, Əliyanlı kənd bələdiyyəsinin sədri Telman İbişov sakinlərin haqlı narazılığından nəticə çıxararaq əraziyə texnika cəlb edib. Qısa zaman ərzində zibilliyi təmizlətdirməklə problemin həllinə nail olub.

Sözügedən ərazidə oynayan uşaqlar evlərinin yaxınlıqda yerləşdiyini deyiblər. Bildiriblər ki, artıq dözülməz üfunət qoxusu çəkilib: “Əvvəl evimizdə zibilliyin iyindən durmaq olmurdu. Evdə çörək belə yeyə bilmirdik. İndi isə vəziyyət yaxşılaşıb. Zibillik təmizlənəndən bəri xoşagəlməz iy artıq çəkilib”.

© Sputnik / Musa MuradlıBərdənin Əliyanlı kəndi
Bərdənin Əliyanlı kəndi - Sputnik Azərbaycan
Bərdənin Əliyanlı kəndi

Uşaqlar onu da əlavə ediblər ki, ərazidə insanların həyatı üçün təhlükə yaradan itlərin də sayı azalıb.

Əliyanlı kənd bələdiyyəsinin sədri Telman İbişov Sputnik Azərbaycan-a deyib ki, ərazidə yenidən zibil poliqonunun yaranmasına imkan verməyəcək. Əraziyə zibil tullantılarının daşınmasının qarşısını almaq məqsədilə yük maşınlarının hərəkətinə mane olacaq şlaqbaum qoyulacaq.

Onu da qeyd edək ki, bələdiyyə sədri ilə söhbət zamanı kənddə zibil üçün yerlərin ayrılmadığı məlum oldu. Bu da məişət tullantılarının idarə olunmasında yaranan özbaşınalığın səbəblərindən biridir.

Xəbər lenti
0