BAKI, 13 may — Sputnik. Parisdə dünən gecə insanlara hüçum edən çeçen terrorçunun valideynləri saxlanılıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, 1997-ci ildə Çeçenistanda anadan olmuş şəxs "Allahu Əkbər" qışqırıb və bıçaqla hücum edərək 29 yaşlı Paris sakinini qətlə yetirib, 4 nəfəri isə yaralayıb.
Terrorçu polislər tərəfindən öldürülüb.
Fransanın daxili işlər naziri Jerar Qolombun bildirdiyinə görə, yaralananların həyatına təhlükə yoxdur.