Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

"Qəhrəmanlar parkı"nın qəhrəman qoruyucusu

Abunə olmaq
Tovuz rayon sakini, 70 yaşlı Fariz Əhmədov yaşadığı ərazinin yaxınlığında yerləşən, baxımsız vəziyyətə düşmüş parkı 5 illik əziyyəti bahasına cənnətməkana çevirib.

Sputnik Azərbaycan-ın bölgə müxbiri "Qəhrəmanlar parkı" adlanan həmin parka gedərək F.Əhmədovla həmsöhbət olub. Zəhmətkeş müsahibimiz deyib ki, bu işə 2013-cü ildə, 44 illik əmək fəaliyyətindən təqaüdə çıxarılandan sonra başlayıb.

Zəhmətkeş təqaüdçü qeyd edib ki, hər gün səhər saat 6-da oyanıb parka gəlir, camaat yuxudan qalxanadək 2 ha-dək sahəsi olan ərazini süpürüb təmizləyir, zibilləri atır. Bundan sonra ağacların, kolların budanması, suvarılması ilə məşğul olur.

Xəbər lenti
0