BAKI, 13 may — Sputnik. Parisin mərkəzində insanlara hücum edən şəxsin adı müəyyənləşib.
Sputnik Azərbaycan France İnfo-ya istinadən xəbər verir ki, hadisəni Fransa vətəndaşı Həmzət Əzimov törədib.
"O 1997-ci il noyabrın 1-də Çeçenistanda anadan olub. 2010-cu ildə Fransa vətəndaşlığını alıb" — məlumatda deyilir.
1997-ci ildə Çeçenistanda anadan olmuş şəxs "Allahu Əkbər" qışqırıb və bıçaqla hücum edərək 29 yaşlı Paris sakinini qətlə yetirib, 4 nəfəri isə yaralayıb.
Terrorçu polislər tərəfindən öldürülüb.
Paris prokuroru Fransua Molens bildirib ki, polis hadisənin terror məqsədilə həyata keçirildiyini müəyyən edib. Hadisəyə görə məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürüb.