BAKI, 13 may — Sputnik. Tanınmış sovet aktyoru, Gürcüstanın əməkdar artisti Baadur Sokratoviç Tsuladze 83 yaşında Tbilisidə vəfat edib.
Sputnik Azərbaycan-ın verdiyi məlumata görə, Tsuladze 1935-ci ildə Batumidə anadan olub.
Tsuladze "Buratinonun sərgüzəştləri", "Qaraçı", "Çox vacib persona" və digər məşhur filmlərdə çəkilib. Baadur Tsuladze 10-dək filmin rejissoru olub.