BAKI, 13 may — Sputnik. Bu gün Bakı şəhərinin Nizami rayonunda tikilməkdə olan çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 4 m² olan plastik materialdan ibarət köşk yanıb.
Sputnik Azərbaycan-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yaşayış binası yanğından mühafizə olunub.
Yanğın bölmələr tərəfindən söndürülüb.