SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Türkiyədən ABŞ-a xəbərdarlıq: "Onları müdafiə edəcəyik"

© Sputnik / Murad OrujovГлава МИД Турции Мевлют Чавушоглу
Глава МИД Турции Мевлют Чавушоглу - Sputnik Azərbaycan
Abunə olmaq
"Fələstin məsələsini heç kim müdafiə etməsə, Qüds məsələsində hər kəs sussa belə, Türkiyə Fələstini müdafiə etməyə davam edəcək"

BAKI, 12 may — Sputnik. Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ölkəsinin Fələstini dəstəkləməyə davam edəcəyini bəyan edib: Bu barədə Sputnik Azərbaycan Anadolu agentliyinə istinadən xəbər verir

"ABŞ-ın bu qərarı yanlışdır. Biz bu yanlış qərara birgə mövqe sərgilməliyik. Açığını desək, son zamanlar İslam dünyasının işində, xüsusilə də Ərəb Liqasında bu məsələdə müəyyən tərəddüdlər, hətta geri çəkilmələr görürük. ABŞ-dan çəkinən bəzi ölkələr Fələstin məsələsində geri çəkildiyini görürük. Bu çox yanlış düşüncə, böyük bir səhvdir. Tarix və müsəlman dünyası bunu əfv etməz. Bu ölkələr İordaniya, Fələstinə də təzyiq etməsinlər. Fələstin məsələsini heç kim müdafiə etməsə, Qüds məsələsində hər kəs sussa belə, Türkiyə Fələstini müdafiə etməyə davam edəcək", — deyə Çavuşoğlu vurğulayıb.

Xəbər lenti
0