BAKI, 11 may — Sputnik. Fransanın Strasburq şəhərində inanılmaz hadisə baş verib.
Sputnik Azərbaycan Türkiyə mediasına istinadən xəbər verir ki, 22 yaşlı Naimi Musenqa yanvarın 29-da qarnında yaranan kəskin ağrılara görə təcili yardıma zəng vurub.
O, "ağrılarım çoxdur, ölürəm" deyərək təcili yardım istəyib. Bu zaman təcili yardım servisindən onun zənginə belə cavab verilib: "Bir gün hər kəs öləcək, evə doktor çağır". Daha sonra dəstəyi asıblar.
Bir neçə dəqiqədən sonra yenidən təcili yardıma zəng vuran gənc qız nəhayət xəstəxanaya aparılıb. Amma bütün cəhdlərə baxmayaraq Naimi Musenqa infarktdan ölüb.
Qızın ölümündən sonra ailəsi onun ölüm səbəbinin araşdırılmasını istəyib. Ailə üzvləri qızlarının təcili yardım ilə danışıq səslərini aşkarlayıblar.
Araşdırma davam edir.