BAKI, 12 may — Sputnik. ABŞ-ın Aeronavtika və Kosmik Məkanın Tədqiqi Milli İdarəsi (NASA) 2020-ci ildə Marsa helikopter göndərəcəyini bəyan edib. Sptutnik Azərbaycan istinadən xəbər verir ki, helikopter Marsda həyatın mövcudluğunun mümkünlüyünü araşdıracaq.
Ehtimallara əsasən, 2013-cü ildən yaradılmasına başlanan uçuş aparatı planetə yeni Marsda gəzən aparatı çatdırdıqdan sonra səma cisminin ətrafında bir neçə dövrə vuracaq.
Helikopter Qırmızı planetə 2020-ci ildə yola salınacaq və 2021-ci ilin fevralında ora çatacaq. O, digər planetdə istifadə olunacaq havadan ağır ilk aparat olacaq. Onun çəkisi 1,8 kiloqramdır.