Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

İkiqat qətlin üstü "isti izlərlə" açıldı

CC BY-SA 2.0 / Erik Gregg / KnifeНож в руке, фото из архива
Нож в руке, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Sabirabad Rayon Polis Şöbəsinin və rayon prakrorluğunun əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakinləri Teymur Sadıqovu və Kamran Yaqubovu qətlə yetirməkdə şübhəli bilinən Firqət Əliyev saxlanılıb

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 12 may — Sputnik. İkiqat qətlin üstü açılıb. Hadisə Sabirabad rayonunda baş verib. Məlumat Sputnik Azərbaycan-ın bölgə müxbirinə DİN-in mətbuat xidmətinin Şirvan regional qrupundan verilib. 

Sabirabad Rayon Polis Şöbəsinin və rayon prakrorluğunun əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu gün rayon sakinləri Teymur Sadıqovu və Kamran Yaqubovu qətlə yetirməkdə şübhəli bilinən rayon sakini, 42 yaşlı Firqət Əliyev saxlanılıb. 

F.Əliyev Sabirabad rayon ərazisində Teymur Sadıqovu bıçaqla qətlə yetirib, sonra Saatlı rayonuna gedərək K.Yaqubovu da öldürüb. O, hadisə yerindən uzaqlaşarkən keçirilən istintaq-axtarış tədbirləri nəticəsində saxlanılaraq Sabirabad RPŞ-yə gətirilib. 

Dindirilmə zamanı F.Əliyev törətdiyi cinayətləri etiraf edib. Qətlləri törədərkən istifadə etdiyi bıçaq cinayətkardan  maddi sübut kimi götürülüb. 

Faktla bağlı Sabirabad və Saatlı Rayon Prokurorluğunda araşdırma aparılır.

Xəbər lenti
0