Daha bir keçmiş sovet respublikasında baş nazirin istefası tələbilə aksiya başladı

© SputnikАкция молодежи на проспекте Руставели в Тбилиси
Акция молодежи на проспекте Руставели в Тбилиси - Sputnik Azərbaycan
Abunə olmaq
"Bizim konkret tələblərimiz var, onlara yerinə yetirilməyən qədər biz ərazini tərk etməyəcəyik. Baş nazir Georgi Kvirikaşvili dərhal öz vəzifəsindən getməlidir"

BAKI, 12 may — Sputnik. Gürcüstanın paytaxtı Tbilisinin mərkəzində, Rustaveli prospektində etiraz aksiyası keçirilir. Sputnik Gürcüstan xəbər verir ki, nümayişçilər Tbilisinin gecə klublarında narkotacirlərə qarşı xüsusi əməliyyat zamanı polis zorakılığına etiraz edirlər.

Hüquq-mühafizə orqanları əməkdaşları nümayişçilərin yolun hərəkət hissəsini bağlamasını qarşısını almaq üçün əraziyə cəlb olunub.

"Azadlığımız üçün küçəyə çıx" adlı aksiyanı xeyli jurnalist işıqlandırır. Parlamentin binası qarşısında yüzlərlə şəxs toplaşıb.

"Bizim konkret tələblərimiz var, onlara yerinə yetirilməyən qədər biz ərazini tərk etməyəcəyik. 1 – Baş nazir Georgi Kvirikaşvili dərhal öz vəzifəsindən getməlidir; 2 – Öz xalqına qarşı zorakılıq tətbiq edən daxili işlər naziri Georgi Qaxariya istefaya getməlidir. 3 —12 may 2018-ci il "Qara cümə" günündə zorakı əməliyyata görə məsuliyyət daşıyan bütün şəxslər cəzalandırılmalıdır. 4 – Biz xalqın yanında olan hakim qüvvənin bütün siyasətçiləri hökumətin yanlış kursundan imtina etməyə çağırırıq. Çünki "Gürcü Arzusu"nun siyasi məsuliyyət məsələsini qaldırırıq", — deyə etiraz aksiyasının təşkilatçılarından biri, "Ağ səs-küy" hərəkatının lideri Beka Çikarişvili bildirib. 

Серж Саргсян - Sputnik Azərbaycan
Serj Sarqsyan istefa verdi

Aksiyada çıxışı zamanı o qeyd edib ki, baş verənlər Gürcüstanda növbədənkənar parlament seçkiləri nəticələnə bilər: "Biz dağılmayacağıq, lazım olsa çadırlar quracağıq və bütün bunlar növbədənkənar parlament seçkiləri ilə nəticələnə bilər".

Çikarişvili digər gənclərlə bərabər mayın 12-i axşam saatlarında xuliqanlıq və polisə müqavimət maddələri ilə saxlanılıb. Daha sonra isə azadlığa buraxılıb.

Etiraz aksiyası sosial şəbəkələrdə böyük marağa səbəb olub. 8,8 min insan sosial şəbəkə vasitəsilə ona qatılacağını bildirib.

Qeyd edək ki, mayın 12-i Tbilisinin "Bassiani və "Cafe Gallery" gecə klublarında keçirilən xüsusi əməliyyat nəticəsində 8 narkotik alverçisi saxlanılıb.

"Daxili İşlər Nazirliyi üç ay ərzində "Bassiani" və "Cafe Gallery" klublarında narkotik vasitələrin satışına dair faktları müəyyən etmək üçün intensiv əməliyyat-axtarış və istintaq tədbirləri həyata keçirib

Hər iki gecə klubunun qarşısında asayiş keşikçiləri və polisin hərəkətlərinə etiraz edənlər arasında qarşıdurma yaranıb. Polis əməkdaşlarına qarşı itaətsizlik və müqavimət göstərən bir neçə nəfər inzibati qaydada saxlanılıb.

Hazırda "Bassiani" və "Cafe Gallery" gecə klublarında zəruri istintaq tədbirləri davam etdirilir.

Xəbər lenti
0