Beyni burnundan axan qadın xilas edildi

© Photo : FB / LOCAL 12, WKRC-TVKendra Cekson
Kendra Cekson - Sputnik Azərbaycan
Abunə olmaq
Məlum olub ki, problem onun 2013-cü ildə yol qəzası keçirməsindən sonra başlayıb

BAKI, 12 may — Sputnik. ABŞ-ın Nebraska əyalətində yaşayan Kendra Caksonu burnunu tez-tez axması narahat edib. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu vəziyyət günü-gündən daha da ağırlaşıb.

Bir neçə dəfə müayinə olunsa da həkimlər Kendra Caksona heç bir problemin olmadığını, sadəcə soyuqdan belə olduğunu deyiblər. Amma axıntı günü gündən çoxalıb.

Nəhayət Caksonun probleminin kökü bəlli olub. Məlum olub ki, problem onun 2013-cü ildə yol qəzası keçirməsindən sonra başlayıb. Həkimlər travma nəticəsində qadının beyin mayesinin axdığını bildiriblər.

Beləliklə, qadın 5 il yaşadığı kabusdan əməliyyat nəticəsində qurtulub.

Xəbər lenti
0