Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda ölümlə nəticələnən qəza: Yük avtomobili və polis maşını

© Photo : AAYDA-nin mətbuat xidmətiBakı Dairəvi-1 avtomobil yolunda baş verən qəza
Bakı Dairəvi-1 avtomobil yolunda baş verən qəza - Sputnik Azərbaycan
Abunə olmaq
Bakı Dairəvi-1 avtomobil yolunda baş verən qəzada "Yol Xətt" MMC-nin işçisi dünyasını dəyişib

BAKI, 12 may — Sputnik. “Bakı Dairəvi-1” avtomobil yolunda saat 13.00 radələrində ölümlə nəticələnən qəza baş verib.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, qəza nəticəsində “Yol Xətt” MMC-nin işçisi dünyasını dəyişib.

“Hadisə avtomobil yolunun “Meyvəli” bazarı istiqamətinə düşən hissəsində baş verib. Belə ki, ərazidə üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılarkən 90 FS 151 dövlət nömrə nişanlı yük maşınının sürücüsü idarəetməni itirərək maşını öncə yolda hərəkətdə olan “Pajero” markalı avtomobilə, daha sonra ərazidə xidmət aparan və həmin hissədə işlərin aparıldığı üçün yolun bağlı olduğunu sürücülərə işarələyən BDYPİ-nin Yol Patrul Xidməti avtomobilinə və “Yol Xətt” MMC-yə məxsus minik maşınına çırparaq, MMC-nin işçisi olan 1972-ci il təvəllüdlü İlqar Əmirovu vurub. Daha sonra yük maşını yol kənarında quraşdırılmış əyri-xətli dəmir tirlərə dəyərək dayanıb. İlqar Əmirov aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib”, — deyə məlumatda qeyd olunur.

İlkin versiyaya əsasən, hadisə yük maşınının əyləc sistemində yaranmış nasazlıq ucbatından baş verib. Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0