Sevgilisi ilə əlbir olub ərini işgəncə ilə öldürdü

CC0 / Republica / killTovuzda qətl hadisəsi
Tovuzda qətl hadisəsi - Sputnik Azərbaycan
Abunə olmaq
İkili cinayəti qısqanclıq zəminində və T.Çalışkanın boşanma mərhələsini gecikdirdiyinə görə törətdiyini etiraf edib

BAKI, 11 may — Sputnik. Türkiyədə qandonduran qətl hadisəsi baş verib. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, Antalyada meşə ərazisində Turhan Çalışkan adlı kişinin cəsədi tapılıb. T.Çalışkanın başından və bədəninin müxtəlif nahiyələrindən aldığı zərbələr nəticəsində öldüyü müəyyən edilib.

Antalya polisinin apardığı təhqiqat nəticəsində cinayətin T.Çalışkanın boşanma mərhələsində olduğu həyat yoldaşı Z.Çalışkan ilə sevgilisi S.Y. tərəfindən törətdiyi aşkarlanıb. İkili cinayəti qısqanclıq zəminində və T.Çalışkanın boşanma mərhələsini gecikdirdiyinə görə törətdiyini etiraf edib.

Cütlüyün etirafından sonra hadisə ilə bağlı qandonduran faktlar üzə çıxıb. Belə ki, şübhəlilər Turhan Çalışkanı əvvəlcə piknik bəhanəsi ilə əvvəlcə meşəyə apardıqlarını və orada içkisinə zəhər qatdıqlarını bildiriblər. Zəhərlə ölməyən T.Çalışkanı daha sonra hündürlükdən aşağı atdıqlarını deyiblər. Yüksəklidən düşdükdən sonra hələ də yaşadığını gördükdə isə, başını daşla əzərək öldürdüklərini etiraf ediblər.

İfadələri alındıqdan dərhal sonra Z.Çalışkan və sevgilisi S.Y. qabaqcadan əlbir olaraq qəsdən adam öldürmə cinayətindən həbs olunublar.

Xəbər lenti
0