Qırx səkkiz saata 25 qəribə ölüm

© REUTERS / Amir Cohenİldırım
İldırım - Sputnik Azərbaycan
Abunə olmaq
Bu ayın əvvəlindən 112 nəfər ildırım vurmasından həyatını itirib

BAKI, 11 may — Sputnik. Banqladeşdə son iki gündə havanın qeyri-sabit keçməsi və ard-arda şimşək çaxması nəticəsində 25 nəfər ölüb.

Sputnik Azərbaycan Türkiyə mediasına istinadən xəbər verir ki, yerli media ildırım vurması nəticəsində 48 saat ərzində ən azı 25 nəfərin öldüyünü bildirir. Ölənlərin çoxu fermerdir. Bu ayın əvvəlindən isə 112 nəfər ildırım vurmasından həyatını itirib.

Qeyd edək ki, Banqladeşdə ildə yüzlərlə insan ildırım vurmasından dünyasını dəyişir.

Xəbər lenti
0