BAKI, 11 may — Sputnik. "İyulun 1-dən Azərbaycana idxal olunan bitki və və heyvan mənşəli qida məhsullarına nəzarət funksiyasını Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi həyata keçirəcək".
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib.
O bildirib ki, həmin məhsulların fitosanitar sertifikatları ilə təmin olunması da agentlik tərəfindən həyata keçiriləcək.
Q.Təhməzli vurğulayıb ki, idxal edilən baytarlıq preparatlarının satışı və dövriyyəsinə isə Kənd Təsərrüfatı Nazirliyi nəzarət edəcək: "Agentlik isə həmin preparatların keyfiyyətinə nəzarət edəcək. Yekunda həmin məhsulların istifadəyə yararlı olub-olmaması barədə qərar qəbul ediləcək".