CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

NETTY-nin partnyorları müsabiqə qaliblərini mükafatlandıracaqlar

© Photo : NETTY-nin mətbuat xidmətiNETTY Milli İnternet-Mükafatı
NETTY Milli İnternet-Mükafatı - Sputnik Azərbaycan
Abunə olmaq
Sputnik Azərbaycan sözügedən mükafatın informasiya tərəfdaşıdır

BAKI, 11 may — Sputnik. Mükafatın keçirilməsini dəstəkləyən təşkilat və şirkətlər bu il NETTY-nin qalibləri üçün çox lazımlı və faydalı hədiyyələr hazırlayırlar.

Müsabiqənin keçirilməsi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Mədəniyyət Nazirliyinin rəsmi dəstəyi ilə, həmçinin mükafatın baş partnyoru olan NAR və qızılı partnyor olan AzInTelecom Data Mərkəzinin köməyi ilə mümkün olacaq.

NETTY Milli İnternet-Mükafatı - Sputnik Azərbaycan
CƏMİYYƏT
NETTY 2018 ərizələrin qəbulunu davam edır

Qaliblər mükafatların və hədiyyələrin əhəmiyyətli sayını mükafatın rəsmi partnyorlarından alacaqlar: Şirkət-distribütor Mi Mobile şirkəti, Carlsberg Azerbaijan şirkəti, BakuTel sərgisi, SmartHost şirkəti, operator KATV1, Golden Pay şirkəti, Renley.az veb-agentliyi. Pulsuz domenlərdən və müxtəlif internet-xidmətlərdən ən yeni yüksək texnologiyalı avadanlıqlara qədər.

Ölkənin əsas KİV-inin diqqəti – mükafatın informasiya partnyorları: Infocity.az, CBC.az, Sputnik.az, Oxu.az, Media.az, Salamnews.org, DeJure.az saytları – iştirakçıların qələbəsini daha əhəmiyyətli edəcək.

Müsabiqə çərçivəsində bir neçə nominasiya şəxsi partnyorlarını tapıb. Bu partnyorlar qalibləri əlavə olaraq həvəsləndirəcəklər. Nominasiyaların partnyorlarının siyahısı artır. Mükafatla əməkdaşlıqlıq məsələləri üzrə info@netty.az ünvanına müraciət edin.

Xatırladırıq ki, müsabiqə çərçivəsində əhəmiyyətli veb-resursların, ən yaxşı Azərbaycan İT-layihələrin, informasiya texnologiyaları sahəsində qabaqcıl xadimlər adları çəkilir. Texnologiyanın inkişafına və tərəqqisinə istiqamətləndirilmiş trendlər, innovasiyalar və proqressiv ideyalar qeyd olunur.

NETTY - Sputnik Azərbaycan
CƏMİYYƏT
NETTY 2018 İnternet Mükafatı iştirakçılara müraciət etdi

Qaliblər "İlin İT-Hadisəsi", "Milli informasiya texnologiyalarının zənginləşdirilməsinə görə" "İlin Mobil proqramı", "Facebook-un ən yaxşı səhifəsi". "Ən yaxşı onlayn-videolayihə" kimi nominasiyalarda və ölkənin ən yaxşı veb-resurslarını müəyyən edən 12 nominasiyada müəyyən ediləcəklər.

Səsvermənin başlanğıcına qədər müsabiqənin parçası olmaq üçün bir neçə variantınız var: iştirakçı, virtual münsiflər heyətinin üzvü, müsabiqənin eksperti.

"Virtual münsiflər heyəti" internet-istifadəçilərdən formalaşdırılır. 15 mayadək mükafatın saytında www.netty.az qeydiyyatdan keçmiş bütün istifadəçilər münsiflər heyətinin üzvü ola bilər və müsabiqə nominantlarının seçməsində iştirak edə bilər. Qeydiyyatdan keçməyə və qalib olmağa tələsin.

Qeyd edək ki, Sputnik Azərbaycan sözügedən mükafatın informasiya tərəfdaşıdır.

Xəbər lenti
0