Almaniya Paşinyana kömək vəd etdi: Yanınızdayıq

© REUTERS / Francois LenoirAlmaniya kansleri Angela Merkel
Almaniya kansleri Angela Merkel - Sputnik Azərbaycan
Abunə olmaq
Almaniya regionun sülh yolu ilə inkişafı üçün səy göstərəcək

BAKI, 11 may — Sputnik. Almaniya kansleri Angela Merkel Ermənistan baş naziri seçilən Nikol Paşinyana təbrik teleqramı göndərib. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, Merkel teleqramında qeyd edib ki, Berlinin ölkənin modernləşdirməsi prosesində Yerevanı dəstəkləyəcək.

"Etibarlı tərəfdaş kimi Almaniya ölkənin modernləşməsi və islahatların aparılması prosesində Ermənistana köməyini davam etdirəcək və ikitərəfli dostluq əlaqələrinin dərinləşməsi, həmçinin regionun sülh yolu ilə inkişafı üçün səylər göstərəcək" – deyə Almaniya kansleri vurğulayıb.

Mayın 8-ində isə Ermənistan Milli Məclisi xüsusi iclasında ölkənin baş nazirini seçib. Baş nazir postunu "Mənim addımım" hərəkatının lideri Nikol Paşinyan tutub. Onu deputatların 59-u dəstəkləyib. 42 deputat isə Paşinyanın əleyhinə səs verib.

Xəbər lenti
0