BAKI, 11 may — Sputnik. Ermənistanın baş naziri Nikol Paşinyan bu gün bəyan edib ki, ölkənin fövqalədə hallar naziri vəzifəsini səlahiyyətlərini icra edən David Tonoyan ölkənin müdafiə naziri olacaq. Bu barədə Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir.
"Deyə bilərəm ki, David Tonoyan bu gün ölkənin müdafiə naziri təyin olunacaq. Digər təyinatlar isə yaxın günlərdə həyata keçiriləcək", — deyə Paşinyan vurğulayıb.
Qeyd edək ki, hazırda Paşinyanın sədrliyi ilə Ermənistan hökumətinin ilk iclası keçirilir.
Paşinyan əvvəlcə iclasın gündəliyini dinləyib. Daha sonra öz nazir səlahiyyətlərini icra edən kabinet üzvlərinə müraciət edib: "Ermənistan hökuməti bu heyətdə sonuncu dəfə toplanır. Sizin hər birinizə və yeni hökumətə uğurlar arzulayıram. Çox sağ olun!".