Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Şübhə və narahatlıq var: Dollar hara gedir?

© Sputnik / Murad OrujovДоллары США и азербайджанские манаты
Доллары США и азербайджанские манаты - Sputnik Azərbaycan
Abunə olmaq
Hazırda xarici valyutanın satışında nəzərəçarpacaq artım və manatın mümkün dəyərsizləşməsi ilə bağlı vətəndaşların həyəcanı fakt olaraq qalır

Fuad Əlizadə, Sputnik Azərbaycan

BAKI, 11 may — Sputnik. Azərbaycanda əhali arasında Amerika valyutasına olan tələbat artmaqda davam edir. Bu, özünü xüsusilə də aprel ayında, AR Dövlət Neft Fondunun (ARDNF) valyuta ticarətində dollar satışının rekord həddə — 802,6 milyon dollar həcmində qeydə alınmasında göstərib.

Доллары США и азербайджанские манаты - Sputnik Azərbaycan
Dolların bahalaşıb-bahalaşmayacağı bəlli oldu

ARDNF-in aprel ayında valyuta satışı təkcə cari ildə rekord həddə olmayıb. Ötən il də dolların aylıq satışı ortalama 300 milyon dollar olub. 2018-ci ilin yanvar-aprel ayları ərzində 2,1 milyard dollar satılıb ki, bu da son iki ilin dörd ayı üçün maksimal həddə valyuta satışıdır.

Azərbaycanda dollara tələbatın artmasının səbəbi milli valyutanın devalvasiyaya uğrayacağı barədə şayiələrdir. 2015-ci ildə dünya bazarında neftin qiymətlərinin qəflətən 1 barelə görə 30 dollara qədər düşməsi manata güclü təzyiq göstərmişdi. Lakin indi "qara qızıl"ın bir barelinin qiyməti 75 dollardır. Bununla yanaşı, nəzərə almaq lazımdır ki, bu il dövlət büdcəsində bir barel neftin qiyməti 45 dollardan nəzərdə tutulub.

Hazırkı fonda onu gözləmək olar ki, Dövlət Neft Fondunun valyuta vəsaitlərinin bir hissəsini Azərbaycan Mərkəzi Bankının hərraclarında əldə etmək mümkündür. Lakin AMB-nın məlumatlarına görə, aprel ayında valyuta ehtiyatlarının həcmi 43 milyon dollar ixtisar edilərək 5,465 milyard dollara (son 16 ay müddətində) çatıb.

AMB-nin əhalinin əmanətlərinin qorunması ilə bağlı bu ilin mart ayına olan gecikmə ilə təqdim etdiyi statistikasına görə, fiziki şəxslərin banklara qoyduğu dollar depozitlərində yüksələn tendensiya müşahidə edilib və 91 milyon manata (AMB-nin məzənnəsinə əsasən 53,5 milyon dollara) çatıb.

Bununla yanaşı, belə bir təhlükə də var ki, il ərzində fiziki şəxslərin banklara öz əmanətlərini milli valyutada yatırması halları azalıb. Əhali qərara gəlib ki, banklarda dolları illik 3% —lə qorumaq, manatı 10% və daha artıq faizlə qorumaqdan yaxşıdır.

Центральный банк Азербайджанской Республики - Sputnik Azərbaycan
Mərkəzi Bank manat qərarını açıqladı

Aydın məsələdir ki, əhalinin fəal şəkildə dolları alaraq "döşəyin altına" yığması manatın devalvasiyaya uğrama təhlükəsindən yaranan qorxu ilə əlaqədardır. Hətta dollar inflyasiyaya məruz qalsa belə, təkcə iş adamları deyil, elə sadə vətəndaşlar da maliyyə vəsaitlərini "ölü kapital" olaraq saxlayacaqlar.

2015-2016-cı illərdə olduğu kimi, hazırda da biznesmenlərin öz kapitallarını qonşu ölkələrə — Türkiyəyə, Gürcüstana, Rusiyaya və bir sıra digər Avropa ölkələrinə çıxararaq orada daşınmaz əmlaka və digər sahələrə yatırması mümkündür. Lakin unutmaq lazım deyil ki, son bir ayda türk lirəsi və rus rublu bu ilin əvvəli ilə müqayisədə dollara nisbətən nəzərəçarpacaq dərəcədə zəiflədi, manatın məzənnəsi isə dəyişməz qaldı.

Bununla yanaşı, neftin qiymətlərinin hazırkı səviyyəsi — bir barelə görə 75 dollar ölkə xaricindəki işgüzar dairələrə imkan verir ki, öz kapitallarını ağrısız bir şəkildə sərmayə olaraq bura yatırsınlar.

ARDNF-nin xarici valyutanın satışı hesabına yerli bazarda dollara olan tələbat azalmışdı və həyəcan aradan qaldırılmışdı. Amma bir sual açıq qalır: ARDNF valyuta ticarətində dolların rekord həcmini nə qədər saxlamağa çalışacaq? Və əgər neftin qiymətləri Azərbaycan üçün psixoloji hədd olan 45 dollardan aşağı düşsə, nə baş verəcək?

Hal-hazırda xarici valyutanın satışında nəzərəçarpacaq artım və manatın mümkün dəyərsizləşməsi ilə bağlı vətəndaşların həyəcanı fakt olaraq qalır. Yüksək vəzifəli məmurların manatın sabitliyinə dair təsəlliləri, tədiyyə balansının ödənilməsi, xarici ticarətdə müsbət saldonun izlənməsi, ölkədə inflyasiyanın aşağı düşməsi ilə bağlı arqumentləri əhalinin şübhə və narahatlığını hələ aradan qaldırmayıb.

2018-ci ilin dörd ayının nəticələrinə görə, ARDNF 2,1 milyard dollarlıq xarici valyuta satışını həyata keçirib. 2017-ci ildə satılmış valyutanın həcmi 3,6 milyard dollar olub. 2016-cı ildə isə bu göstərici 4,9 milyard dollar idi.

Xəbər lenti
0