BAKI, 11 may — Sputnik. ABŞ-da Texas Universitetinin alimləri alkoqolizmə qarşı dərman icad ediblər. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, alimlərdən biri olan Ostin Cems San siçan və qurdlar üzərində aparılan araşdırma nəticəsində bu dərmanın həmin canlılarda spirtə qarşı istəyi tamamilə yox etdiyini deyib.
Güman edilir ki, dərman insanlara da eyni təsiri göstərəcək.
Amma alimlər hələlik onu açıq istifadəyə təqdim etməyə tələsmirlər. Çünki öncə bu dərmanın insan orqanizminə mənfi təsir göstərməyəcəyini müəyyən etmək lazımdır.