BAKI, 10 may — Sputnik. Ermənistanın yeni seçilən baş naziri Nikol Paşinyan prezidentə daxili işlər naziri və Milli Təhlükəsizlik Xidmətinin rəisini işdən çıxarmağı təklif edib. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Paşinyan öz "Facebook" səhifəsində yazıb.
"İndicə Ermənistan polisinin rəhbəri Vladimir Qasparyan və Milli Təhlükəsizlik Xidmətinin rəisi Qeorqiy Kutoyanın tutduğu vəzifələrdən azad olunması haqqında prezidentə göndərilən təklifi imzaladım", — deyə Paşinyan yazıb.