ELM

Vətəndaşların ürəyindən xəbər verən təklif: Cəmiyyətdən böyük dəstək gəldi

© Sputnik / Murad OrujovПрохожие на улице Низами в Баку
Прохожие на улице Низами в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Sorğuda iştirak edənlərin əksəriyyəti Ombudsmanın təklifini dəstəkləyib

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 10 may — Sputnik. Bir müddət öncə Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova Milli Məclisin plenar iclasında çıxışı zamanı məktəbəqədər təhsil müəssisələri ilə bağlı təklif irəli sürüb. Belə ki, Ombudsman uşaq bağçalarının icra hakimiyyətlərinin balansından çıxarılıb, yenidən Təhsil Nazirliyinin tabeliyinə qaytarılmasını zəruri hesab etdiyini bildirib.

Azərbaycan Respublikasının Təhsil Nazirliyi - Sputnik Azərbaycan
ELM
"Təhsil Nazirliyinin keçmiş səlahiyyəti bərpa olunsun"

Sputnik Azərbaycan sosial şəbəkələrdə Ombudsmanın bu təklifi ilə bağlı sorğu keçirib. Sosial şəbəkə istifadəçilərinə "Necə hesab edirsiniz, uşaq bağçaları icra hakimiyyətlərinin balansında qalmalıdır, yoxsa yenidən Təhsil Nazirliyinin tabeçiliyinə qaytarılmalıdır?" sualı verilib.

İstifadəçilərin, demək olar ki, əksəriyyəti Ombudsmanın bu təklifini dəstəkləyib. Ancaq uşaq bağçalarının özəlləşdirilməsini təklif edənlər də olub. Sorğumuzda iştirak edənlərin cavablarını olduğu kimi təqdim edirik.

Qərənfil Ağalarova: "İcra hakimiyyətləri verdi ki, Təhsil Nazirliyi də aldı? Əlbəttə, Təhsil Nazirliyi yaxşıdır. İcra hakimiyyəti nə verir bağçalara? Hətta, mən düşünürəm ki, təhsil şöbələrinin işinə icra hakimiyyətlərinin müdaxiləsi dayandırılmalıdır. Müəllimlər iməciliyə aparılır. Bu, biabırçılıqdır".

İlkin Həsənli: "Nəzərə alsaq ki, bağça və məktəb uşağın şüurunu formalaşdıran bir qurumdur, o zaman bağçaların Təhsil Nazirliyinin balansına verilməsi doğru olar. Bağça uşağı məktəbə qədər hazırlayır, daha sonra uşaq məktəbə gedir və biliyinin ardını məktəbdə formalaşdırır. Ona görə də birmənalı olaraq bağçalar Təhsil Nazirliyinin balansında olsa və birbaşa məktəbəqədər planlı tədris edilsə, yaxşı olar".

© Sputnik / ©KarikaturaUşaq bağçası
Uşaq bağçası - Sputnik Azərbaycan
Uşaq bağçası

Günel Məmmədova: "Təhsil Nazirliyinə geri qaytarılsın. Çünki bağça da təhsil sahəsinə aid olan bir qurumdur. Bağçaya müəllimlər də Təhsil Nazirliyinin imtahanı ilə seçilsə, yaxşı olar".

Adil Vəliyev: "İcra başçıları bağçaları konkret bazara çevirib. Yeni təhsil naziri yavaş-yavaş problemləri aradan qaldırmışkən bağçalarda da islahatlar aparsa, yaxşı olar".

Elyar İslam: "Bağçalar yenidən Təhsil Nazirliyinin tabeçiliyinə qaytarılmalıdır və qeydiyyat şəffaflaşdırılmalıdır. Hal-hazırda dövlət bağçalarında qeydiyyata düşmək üçün bağça müdirləri 300-500 manat pul istəyirlər. Pul verməyəndə də "yerimiz yoxdur" cavabı verilir. Özəl bağçaların ödənişi isə çox yüksəkdir".

Fərqanə Mehmanqızı: "Məncə, bağçalar Təhsil Nazirliyinə qaytarılmalıdır. Çünki təhsil ilə bağlı qurumdur. Həm yaxşı nazir olsa, yeni proqram qurar. Uşaqlar üçün 2 yaşından 18 yaşına kimi tərbiyə və təhsil proqramı olmalıdır".

Müşahidə kamerası, arxiv şəkli - Sputnik Azərbaycan
ELM
Dövlət müəssisələrində baş verən qapalı prosesləri anbaan izləyə bilərik

Aynur Cavid: "Təhsil Nazirliyinin tabeliyinə keçməlidir. Uşaq bağçadan məktəbə gəlir və eyni proqram inkişaf xətti üzrə irəliləyir. Belə hər qurumun təklif, tələb və istəkləri fərqlidir".

Tural Müseyibov: "Hər iki qurumda bağçalar olub. Heç bir köklü dəyişikliyin şahidi olmamışıq. Ona görə də fərqi yoxdur. Nəticə eyni olacaq".

Firdovsi Xəlilov: "Ümumiyyətlə icra hakimiyyəti institutu kökündən dəyişməli, nir xeyli səlahiyyəti bələdiyyələrə verilməlidir. Bağçalar isə özəl olmalıdır. Pulsuz oxuyanların ödənişini isə dövlət özəl sektora ödəməlidir".

Həbibə Abdulla: "Bağçalar özəlləşdirilməlidir. İqtisadi qanunauyğunluğun tələbi budur — ya özəlləşməlidir, ya da yerli idarəetməyə verilməlidir. İnkişaf etmiş ölkələrin təcrübəsində uşaq bağçaları dövlətin balansında fəaliyyət göstərmir".

Mahir Aşurov: "Ad dəyişməklə mahiyyət dəyişmədi".

Vüqar Quliyev: "Zehniyyət dəyişməlidir".

Xəbər lenti
0