Tarixi görüşün dəqiq vaxtı və yeri bilindi

© AFP 2023 / Jung Yeon-je Kim Çen Inın və Donald Trampın rəsmləri
Kim Çen Inın və Donald Trampın rəsmləri - Sputnik Azərbaycan
Abunə olmaq
Görüş iyunun 12-də Sinqapurda keçəcək

BAKI, 10 may — Sputnik. ABŞ prezidenti Donald Tramp və Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In arasında keçiriləcək tarixi görüşün vaxtı və yeri açıqlanıb.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, Tramp Twitter sosial şəbəkəsində görüşün iyunun 12-də Sinqapurda keçəcəyini bildirib: “Bizim hər ikimiz çalışacağıq ki, bu görüş bütün dünya üçün xüsusi olsun”.

Bundan əvvəl Kim Çen In ilk dəfə Trampla görüşün hazırlandığını etiraf edib.

Xəbər lenti
0