Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Daşkəsəndə yaşanan qorxunc hadisənin təfərrüatı məlum olub

© Sputnik / Ilham MustafaDaşkəsən şəhərinin girişi
Daşkəsən şəhərinin girişi - Sputnik Azərbaycan
Abunə olmaq
Ailə başçısı qonşu kəndə bayram keçirməyə gedərkən arvadı evin içində, 6 aylıq körpə isə beşikdə yanıb

Ramella İbrahimxəlilova. Sputnik Azərbaycan

BAKI, 10 may — Sputnik. Mayın 9-u, Qələbə Günü Daşkəsən rayonunda dəhşətli hadisə baş verib. Rayonun Qabaqtəpə kəndinin sakini İlqar Həsənovun evində 1975-ci il təvəllüdlü Həsənova Lətifə Mürsəl qızı və onun 6 aylıq körpəsi Həsənov Əli İlqar oğlunun yanmış cəsədləri tapılıb. Bu barədə Sputnik Azərbaycan-a Daşkəsən rayon hüquq-mühafizə orqanlarından məlumat verilib.

Bakı şəhər Prokurorluğu - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bakıda yaşanan dəhşətli olayla bağlı cinayət işi açıldı

Hadisə gündüz baş verib. Ehtimal var ki, qadın uşaqla birlikdə içində olduğu otağı özü yandırıb. Çünki hüquq mühafizəçiləri onların bədənlərində hər hansı zorakılıq əlaməti aşkarlamayıblar.

Lakin istintaq qətl versiyasını da istisna etmir. Baş vermiş hadisə ilə əlaqədar Lətifə Həsənovanın əri İlqar Həsənov istintaqa cəlb olunub. Kişi bildirib ki, səhər qonşu Alaxançallı kəndinə dostları ilə birlikdə bayramı masa arxasında keçirməyə gedib. Həsənov evə axşam saat 5-də gəlib. Görüb ki, evində yanğın olub və yanğınsöndürənlər artıq yanğını söndürüblər.

Xatırladaq ki, qadın yataq otağının döşəməsində, uşaq isə beşikdə yanmış vəziyyətdə tapılıb. Hadisənin qətl olduğu ehtimalı daha inandırıcıdır. Bununla yanaşı, Qabaqtəpə kəndinin sakinləri Həsənovlar ailəsində ər və arvadın mehriban dolandığını, heç kəslə düşmənçilik etmədiklərini bildiriblər.

"Əlbəttə, Həsənovun hadisə baş verən zaman hadisə yerində olmaması alibi kimi qəbul edilə bilər. Lakin o, hadisə baş verməmişdən əvvəl Həsənovanın qətlinin və ya intiharının səbəbi ola bilər. Həsənov dindirilmə zamanı bildirib ki, onlar gec ailə qurublar. Onlar evlənəndə 40 yaşları olub. Onun arvadını və uşağını öldürməsi üçün heç bir səbəb yoxdur", — deyə hüquq-mühafizə orqanlarından bildiriblər.

Hazırda Daşkəsən Rayon Prokurorluğunda hadisənin baş vermə şəraiti araşdırılır.

Xəbər lenti
0