Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

İsti aylarda tərləmədən necə qurtulmalı - Həkim məsləhəti

© AFP 2024 / DENIS CHARLETУличный термометр, фото из архива
Уличный термометр, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Həkim qeyd edir ki, botoksla tərləmə müalicəsi zamanı qoltuqaltı nahiyələrdə çox da ağrı hiss edilmir

BAKI, 9 may — Sputnik. Qarşıdan yay fəsli gəlir. Yayda bir çox insanları narahat edən problemlərdən biri də tez-tez tərləməkdir. Qoltuq altlarının tərləməsi narahatlıq yaratmaqla yanaşı pis qoxu da verir. Bunun qarşısını almağa çalışan qadınlarımız bütün üsullara əl atırlar. Bu üsullardan biri də qoltuqaltı tərləmələrin botoksla müalicəsidir.

Dermatoloq Elçin Sadıqov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, qoltuqaltı botoks müalicəsi çox qısa bir zamanda həyata keçirilir.

"Əvvəlcə dərman sulandırılır. Sulandırılan botoks iki yerə bölünərək hər iki nahiyəyə vurulur. Botoks müalicəsində tərləyən nahiyələrə 20-30 ədəd nöqtəyə xırda iynələrlə botoks yeridilir" deyə həkim bildirir.

Həkim qeyd edir ki, botoksla tərləmə müalicəsi zamanı qoltuqaltı nahiyələrdə çox da ağrı hiss edilmir. İynə vurulmadan öncə həmin nahiyəyə anestetik krem çəkilir. Bir qədər gözlədikdən sonra botoks yeridilir.

Elçin Sadıqovun sözlərinə görə, prosedurun sonradan ciddi bir əks təsiri yoxdur.

"Botoks dəri altına tədbiq edilir. Qoltuqaltı toxumları zədələməz. Sadəcə iynəyə bağlı qısa müddətli göyərmələr ola bilər. Botoksun təsiri təxminən 4-6 aydır", — deyə həkim qeyd edib.

Xəbər lenti
0