ABŞ-dan Azərbaycanla bağlı daha bir qərar

© Sputnik / Murad OrujovAzərbaycan bayrağı, arxa fonda ingiliscə Şərq və Qərb sözləri yazılıb
Azərbaycan bayrağı, arxa fonda ingiliscə Şərq və Qərb sözləri yazılıb - Sputnik Azərbaycan
Abunə olmaq
"Azərbaycan son 25 il ərzində öz suverenlik və müstəqilliyini möhkəmləndirmiş və hazırda Xəzər regionunda ABŞ-ın müttəfiqi və strateji tərəfdaşıdır"

BAKI, 10 may — Sputnik. Amerikanın Meyn ştatının ən böyük şəhəri və Kamberlend dairəsinin inzibati mərkəzi olan Portlend şəhərinin meri Etan Strimlinq (Ethan Strimling) Azərbaycan Demokratik Respublikasının 100-cü ildönümü ilə əlaqədar olaraq rəsmi bəyanat verib.

Флаг Азербайджана \ Azərbaycan bayrağı - Sputnik Azərbaycan
ABŞ-da Azərbaycanla bağlı ciddi bəyənnamə qəbul edildi

Azərbaycanın ABŞ-dakı səfirliyindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, bəyanatda 1918-ci il 28 may tarixində müsəlman Şərqində ilk dünyəvi parlamentli respublika olan Azərbaycan Demokratik Respublikasının qurulması və dünyanın digər demokratik dövlətləri, o cümlədən ABŞ tərəfindən tanınması qeyd olunub.

Sənəddə bildirilib ki, Azərbaycan Demokratik Respublikası müstəqilliyinin qısa müddət ərzində irqi, cinsi, etnik və ya dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlara bərabər seçki hüququnu tanımaqla yanaşı müsəlman dünyasında ilk dəfə olaraq qadınlara seçki hüququnun verilməsini təmin edib.

Eyni zamanda, sənəddə Azərbaycan Demokratik Respublikasının 1920-ci ildə öz müstəqilliyi uğrunda mübarizə aparmasına rəğmən onun Sovetlər Birliyinin tərkibinə daxil edildiyi və 1991-ci ildə yenidən öz müstəqilliyini bərpa etməyə nail olduğu vurğulanıb.

Qeyd edilib ki, Azərbaycan son 25 il ərzində öz suverenlik və müstəqilliyini möhkəmləndirmiş və hazırda Xəzər regionunda ABŞ-ın müttəfiqi və strateji tərəfdaşıdır.

Bəyanatda, bu il 28 may tarixində ABŞ-da və dünyanın digər yerlərində yaşayan azərbaycanlılar tərəfindən Milli Gün olaraq Azərbaycan Demokratik Respublikasının 100 illik yubileyinin qeyd ediləcəyi və öz əcdadlarının Qafqaz, Mərkəzi Asiya və Orta Şərqdə demokratiyanın yayılması üçün töhfələrinin xatırlanacağı qeyd edilib.

Sonda şəhərin meri Ethan Strimling və Şəhər Şurasının (City Council) üzvləri imzaladığı bəyanatda 2018-ci il 28 may tarixini Azərbaycan Milli Günü elan edilib.

Xəbər lenti
0