Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

ABŞ-İsrail-Səudiyyə ittifaqı dünyanı qarşısına aldı

© AFP 2024 / RONEN ZVULUN Президент США Дональд Трамп у Восточной стены в Иерусалиме, 22 мая 2017 года
Президент США Дональд Трамп у Восточной стены в Иерусалиме, 22 мая 2017 года - Sputnik Azərbaycan
Abunə olmaq
Trampın qərarı ABŞ-ın düşmənləri qədər dostlarının da qəzəbinə səbəb olub

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 10 may — Sputnik. ABŞ prezidenti Donald Tramp bu həftə hələ seçkiqabağı kompaniyalar zamanı verdiyi vədlərdən birini yerinə yetirdi. Amerika lideri mayın 8-də keçirilən mətbuat konfransındakı çıxışında ölkəsinin İranla bağlanan nüvə sazişindən çıxdığını və yeni saziş üzərində müttəfiqləri ilə işləməyə hazır olduğunu bəyan etdi.

© Photo : TRENDİran üzrə ekspert, jurnalist Fərhad Daneşvar
İran üzrə ekspert, jurnalist Fərhad Daneşvar - Sputnik Azərbaycan
İran üzrə ekspert, jurnalist Fərhad Daneşvar

Bundan əlavə, Tramp ABŞ-ın İrana qarşı tətbiq etdiyi və 2015-ci ildə qaldırılan sanksiyaların yenidən həyata keçiriləcəyini açıqladı. Təbii ki, Ağ Ev rəhbərinin bu qərarı dünya dövlətləri tərəfindən birmənalı qarşılanmadı. İranla bağlanan nüvə razılaşmasının digər iştirakçıları Britaniya, Almaniya, Fransa, Çin və Rusiya sazişə sadiq qaldıqlarını bəyan etdi. İranı düşmən görən İsrail və Səudiyyə Ərəbistanı isə Trampın bu qərarını alqışladı.

Sputnik Azərbaycan məsələ ilə bağlı İran üzrə ekspert, jurnalist Fərhad Daneşvar və Rusiyanın Müasir İdeologiyanın İnkişafı üzrə Milli İnstitutun direktoru İqor Şatovun fikirlərini öyrənib. Fərhad Daneşvar hesab edir ki, İran prezidenti baş verənləri psixoloji müharibə adlandırsa da, əslində bu proses İrana qarşı açılan yeni iqtisadi müharibənin başlanğıcıdır.

"Növbəti 180 gün ərzində İrana qarşı neft sanksiyaları tətbiq olunacaq və hələ ki, bəlli olmayan formul çərçivəsində İranın neft satışı hər ay məhdudlaşdırlacaq və azalacaq. Digər sanksiyalara gəldikdə isə, onlar 90 gün ərzində bərpa olunacaq. Bu sanksiyalar avtomobil, sənaye, mədən sənayesi, qızıl və sair daxil olmaqla bütün sahələrə şamil olunacaq" — ekspert bildirib.

Daneşvar, eyni zamanda qeyd edib ki, sanksiyalar nəticəsində İran özü üçün böyük əhəmiyyətə malik bir prosesi – təyyarə parkının yenilənməsini həyata keçirə bilməyəcək: "2015-ci ildə sanksiyalar ləğv olunandan sonra İran 100 ədəd "Airbus", 80 ədəd "Boing" təyyarəsi almağı planlaşdırırdı. Lakin bu günə qədər cəmi 3 "Airbus" təyyarəsi alıb".

İqor Şatrov isə o qənaətdədir ki, ABŞ-ın İranla bağlı nüvə razılaşmasından çıxması yenidən Yaxın Şərqin qaynar qazana çevrilməsi təhlükəsini yaradır: "Suriyada vəziyyət sabitləşməyə başlamışdı, "İraq-Şam İslam Dövləti" (İŞİD) terror təşkilatı zəifləməyə başlamışdı, terror təşkilatı artıq son günlərini yaşayır. Bu həlledici anda ABŞ nə edir? Suriya ərazisində İran və İsraili toqquşdurmaqla yeni gərginlik ocaqları yaradır".

© Photo : FB / igor.shatrovRusiyalı ekspert İqor Şatrov
Rusiyalı ekspert İqor Şatrov  - Sputnik Azərbaycan
Rusiyalı ekspert İqor Şatrov

"Neqativ nəticələrini praktiki olaraq bir anda gördüyümüz belə qərarı necə dəyərləndirmək olar? Birləşmiş Ştatların dəstəyini hiss edən İsrail dərhal İranın Suriyadakı hərbi obyektlərini vurur. ABŞ-ın bu qərarını Avropanın heç bir ölkəsi — nə NATO tərəfdaşları, nə də digər ölkələr dəstəkləmədi. NATO üzvləri ilə (ABŞ istisna olmaqla) Rusiyanın mövqeyinin üst-üstə düşdüyü unikal vəziyyət yaranıb. Trampın qərarını yalnız İranı öz düşməni kimi görən İsrail və Səudiyyə Ərəbistanı dəstəklədi" — politoloq vurğulayıb.

Öz növbəsində Daneşvar hələlik hər şeyin bitməyini vurğulayıb: "Hər halda İran prezidenti Həsən Ruhani və Ali dini lideri Əli Xameyeninin çıxışları göstərir ki, onlar müzakirələr aparmağa hazırdırlar. Bir neçə həftə ərzində Avropa dövlətləri ilə yeni müzakirələr aparılacaq və bu müzakirələr zamanı İranın mənafeyi üstün tutulacaq. Üstəlik, nüvə sazişinin tamamilə ləğvi və sanksiyaların tətbiqi məsələsində Avropa şirkətləri də həlledici rol oynayacaq. Məsələ burasındadır ki, bu şirkətlər İranda qalmaq və ya ölkədən çıxmaq barədə qərar verməyib".

Ekspertlər vurğulayırlar ki, Avropa şirkətlərinin ölkədə qalması və ya ölkədən çıxması daha çox bu müzakirələrin nəticəsindən asılıdır.

Xəbər lenti
0