BAKI, 9 may — Sputnik. Plastik qabların və digər materialdan olan əşyaların təbiətə zərər verməsini nəzərə alaraq, 2020-ci ildən etibarən İngiltərədə təbiətin çirklənməsinə qarşı başlanılacaq tədbirlər sırasında bir çox materiallardan istifadəyə qadağa qoyulacaq.
Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, nəmli salfetlər də qadağan ediləcək əşyalar sırasında olacaq. Çünki nəmli salfetlər istifadədən sonra uzun müddət məhv olmur və kanalizasiya borularına atılan zaman orada tıxanır, problemlər yaradır.
Qeyd edək ki, penoplast 5 min il, şüşə 4 min il, plastik material 1000 il, telefon kartı 1000 il, siqaret 1 il, parça 6 ay, qəzet 3 ay, adi kağız isə 1 aya məhv olaraq torpağa qarışır.