Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Unutqanlığın qarşısını almaq üçün bunlardan istifadə edin

© AP Photo / Paul SakumaAvokado
Avokado - Sputnik Azərbaycan
Abunə olmaq
Yaddaşsızlıq probleminə qarşı qidalar

BAKI, 9 may — Sputnik. İnsanların ən böyük problemlərindən biri də unutqanlıqdır. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu problem daha çox 50 yaşından sonra insanlarda özünü göstərməyə başlayır.

Unutqanlıq yavaş-yavaş meydana gəlir və bir anda böyük bir problemə çevrilir. Bu səbəbdən də yaddaşı və zəkanı gücləndirmək üçün B, E və C vitaminlərindən istifadə etmək lazımdır.

Vitaminlərdən faydalanaraq beynimizin daha çox çalışması və gələcəkdə problemlər yaşamamaq üçün qəbul edilən qidalara diqqət etmək lazımdır. B, E və C vitaminləri beynin aktiv çalışmasını təmin edir.

Beyni yoran və və gücləndirərək qoruyan qidalar aşağıdakılardır:

Beyni yoran qidalar — doymuş yağlar, trans yağlar, qatqı maddələri və alüminium.

Beyni qoruyan qidalar — çərəzlər və toxumlar, yağlı balıqlar, avokado, yaşıl yarpaqlı tərəvəzlər, brokkoli və s.

Bu qidalar stressi azaldır və eyni zamanda beynin güclənməsi üçün pozitiv təsir göstərir.

Xəbər lenti
0