“Rembo” ekranlara qayıdır: Beşinci film gəlir

© AFP 2023 / FILIPPO MONTEFORTE Silvester Stallone
Silvester Stallone - Sputnik Azərbaycan
Abunə olmaq
Rembo seriyasından olan ilk film 1982-ci çəkilib və böyük uğur əldə edib

BAKI, 9 may — Sputnik. Sonuncu dəfə “Creed” filmi ilə 3-cü dəfə Oskar mükafatına namizədliyi göstərilən 71 yaşlı aktyor Silvestr Stalonne “Rembo” seriyasından yeni, sayca 5-ci filmini çəkir. 

Sputnik Türkiyə xəbər verir ki, Rembo seriyasından olan ilk film 1982-ci ildə Devid Morrelin "First Blood" adlı kitabı əsasında çəkilib və böyük uğur əldə edib.

Stallone bundan sonra daha 3 dəfə Rembo rolunu oynayıb. Amma bu rolların heç biri ilk rolu kimi uğurlu olmayıb.

Sonuncu dəfə 2008-ci ildə efirdə görünən Rembonun macəraları Stallonenin rejissorluğu ilə tamaşaçıları təqdim edilmişdi.

Yeni çəkiləcək filmdə Stallonenin oynayacağı "Con Rembo" bu dəfə Meksikalı rəqibi ilə savaşır.

Xəbər lenti
0