Oruc tutmağın orqanizm üçün daha bir faydası tapılıb

Abunə olmaq
Bu da metobolizmanın sürətlənməsinə və orqanizmə xeyirli olmasına səbəb olur

BAKI, 9 may — Sputnik. ABŞ-da alimlər oruc tutmağın faydasını təsdiq edən maraqlı araşdırma aparıblar.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, Massaçusets Texnologiyalar İnstitutunda işləyən bioloqlar siçanlar üzərində araşdırma aparıblar. Mütəxəssislər siçanları 24 saat ac saxlayıblar. Bu zaman siçanların orqanizmində qlükoza əvəzinə kök hüceyrələri parçalanmağa başlayıb. Bu da yağların parçalanmasına kömək olduğunu göstərir.

Ac qalan siçanlarda piy hüceyrələri iki dəfə daha sürətlə dəyişməyə başlayıb. Araşdırmaçı Ömər Yılmaz deyir ki, oruc tutan zaman bağırsaqlarda olan hüceyrələr də sürətlə yenilənir. Bu da metabolizmin sürətlənməsinə və orqanizmə xeyirli olmasına gətirib çıxarır.

Xəbər lenti
0