BAKI, 9 may — Sputnik. "Rusiya dünyada dözümsüzlük və istisnalıq iddiaların köhnə xüsusiyyətlərindən irəli gələn yeni təhdidlərin ciddiliyini anlayır və təhlükəsizlik məsələlərində dialoqa hazırdır".
Sputnik Azərbaycan xəbər verir ki, bu fikirləri Rusiya prezidenti Vladimir Putin 9 May Qələbə günü — faşizmin üzərində qələbənin 73 illiyi münasibəti ilə keçirilən hərbi paradda səsləndirib. O qeyd edib ki, bütün ölkələr, bütün bəşəriyyət anlamalıdır ki, sülh olduqca həssasdır və onu bizim ümumi fəaliyyətimiz, bir-birimizi dinləmək, etibar etmək və bir-birimizə hörmət etmək kimi davranışlarımız təmin edir.
"Rusiya qlobal təhlükəsizliyin təmin olunmasına dair bütün məsələlərdə dialoqa hazırdır. Biz planetimizdə anlaşma, sabitlik və inkişaf üçün bərabərhüquqlu əməkdaşlığa hazırıq", — deyə Putin vurğulayıb.
Rusiya prezidenti əlavə edib ki, məhz SSRİ İkinci Dünya Müharibəsinin nəticəsini müəyyənləşdirdi: "Hazırda bu igidliyi tarixdən silmək istəyirlər, lakin Rusiya bunun edilməsinə imkan verməyəcək. Bu gün Avropanı və dünyanı quldarlıqdan, məhv olmaqdan, Holokostun dəhşətlərindən xilas edən xalqın igidliyini silmək istəyirlər, müharibədə baş verən hadisələri təhrif etməyə, tarixi silməyə, yenidən yazmağa çalışırlar. Biz heç vaxt buna imkan verməyəcəyik".