BAKI, 9 may — Sputnik. İdman etmək üçün getdiyi zalda İŞİD terror qruplaşmasının üzvü olan idman müəllimi tərəfindən aldadılan və təcavüzə uğrayan 17 yaşlı qız valideynlərinin diqqətli olması hesabına son anda qurtarılıb. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, gənc qızı saxta pasportla qaçırmağa çalışan terrorçunun 2016-cı ildə Atatürk havalimanında törədilən terrorda əli olduğu bildirilir.
Məlumata görə, 17 yaşlı lisey şagirdi D.A. döyüş sənətini öyrənmək üçün bir kluba üzv olub. Dərsdən sonra idmana gedən qız 2-3 aya dəyişib.
İdmana gedən qız anasına “siz heç nə bilmirisiniz, müsəlman bir ölkədə adam öldürmək günah deyil”, atasına isə “bütün polislər kafirdir, sən də kafirsən” deməyə başlayıb.
Valideynləri qızın terror qruplaşmasının əlinə düşdüyündən şübhələnərək prokurorluğa müraciət edib. Qızın anası L.A. polisə bildirib ki, qızı idman kursuna yazıldıqdan 2-3 ay sonra dəyişməyə başlayıb. Daha sonra isə hicablanıb, özünə qapanaraq internetdə araşdırmalar etməyə başlayıb. Qızın vəziyyətindən şübhələnən anası qızın çantasına baxdığı zaman orada brilyant üzük tapıb. Qızına bu barədə sual verdiyi zaman qız bildirb ki, o, evli və bir uşaq atası olan “Əbu Bəkir” ləqəbli Bekxan Ezerxanov adlı idman müəllimindən evlilik təklifi alıb. Qız onun evli olmasının problem olmadığını da bildirib. Daha sonra valideynləri qızın telefonunu və kompüterini ondan alıb, məktəbə də özləri aparıb gətirməyə başlayıb.
Bundan sonra qız başına gələnləri valideynlərinə etiraf etməyə qərar verib. Bekxan Ezerxanovun onunla cinsi əlaqədə olduğunu və başqası ilə evləndiyi halda öldürləcəyi ilə təhdid etdiyini deyib. Çarəsiz qalan qız Ezerxanovla dini nikaha girib. Ezerxanov qızı Türkiyədən aparmağa cəhd edərək saxta pasport düzəldib. Lakin polisin sayıqlığı nəticəsində ələ keçib.
Ezerxanova və onun yaxını Turen Balaxanova “silahlı terror təşkilatına üzv olmaq”, “uşağın cinsi istismarı”, “uşağı təhdid edərək azadlığından məhrum etmə” maddələri ilə cinayət işi açılıb.
Araşdırma zamanı Bekxan Ezerxanovun 2016-cı il 28 iyun tarixində İŞİD terror təşkilatı tərəfindən törədilən və 42 nəfərin öldüyü Atatürk hava limanında törədilən terrorda iştirak etdiyi məlum olub.