İran bəyan etdi: Nüvə proqramını bərpa etməyə hazırıq

© AFP 2024 / STRINGER Президент Ирана Хасан Роухани, фото из архива
Президент Ирана Хасан Роухани, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Böyük Britaniya, Fransa və Almaniya liderləri İranı ABŞ-ın qərarına cavab verməyə tələsməməyə və təmkinli olmağa çağırıblar

BAKI, 9 may — Sputnik. İran prezidenti Həsən Ruhani ABŞ-ın nüvə razılaşmasından çıxmaq qərarını sərt tənqid edib. Sputnik Azərbaycan xəbər verir ki, Ruhani bu qərarın qanunsuz olduğunu deyib.

Prezident bildirib ki, bundan sonra müqavilə ancaq İran və beşlik ölkələri (Rusiya, Çin, Böyük Britaniya, Fransa və Almaniya) arasında mövcud olacaq. O, Xarici İşlər Nazirliyinə yaxın həftələr ərzində adları çəkilən ölkələr ilə danışıqlar aparmaq barədə göstəriş verdiyini də vurğulayıb.

Bununla yanaşı, İran nüvə razılaşmasından çıxacağını da istisna etməyib. Ruhani bildirib ki, İran Atom Energetikası Təşkilatına hər şeyə hazır olmaq göstərişi verib: "Əgər lazım olsa, heç bir məhdudiyyət qoymadan uranın zənginləşdirilməsi prosesini bərpa edəcəyik".

 Öz növbəsində, Böyük Britaniya, Fransa və Almaniya liderləri İranı ABŞ-ın qərarına cavab verməyə tələsməməyə və təmkinli olmağa çağırıblar.

Xəbər lenti
0