Tarixçi bildirib ki, o dövrdə Azərbaycanın 2 milyon yarımdan bir qədər çox əhalisi olub və onların 700 mindən çoxu müharibədə iştirak edib: “Müharibədə iştirak edən azərbaycalıların 350 mindən çoxu həlak olub. Çox vaxt Azərbaycanın müharibədəki rolunu təkcə neft amili ilə bağlıyırlar. Ancaq biz bu müharibədə böyük canlı qüvvə ilə iştirak etmişik. İndi rusiyalı ekspertlər də deyir ki, Azərbaycanın müharibədə iştirakı ilə bağlı yanlış məlumatlar çatdırılıb. Biz Azərbaycanın bu müharibədə necə iştirak etməsinin təbliğatını aparmalıyıq”.
Qeyd edək ki, bu gün alman faşizmi üzərində tarixi qələbədən 73 il keçir. 1941-ci il iyunun 22-də Hitler Almaniyası Azərbaycanın da daxil olduğu SSRİ-yə hücum edib. Müharibə 1945-ci il mayın 9-da — Berlindəki Reyxstaq binası üzərindən faşizm bayrağının endirilməsi və SSRİ-nin bayrağının sancılması ilə başa çatıb.