Qadın 18 dollar qoydu, 1,2 milyon uddu

© REUTERS / Brian Spurlock-USA TODAY SportsKentukki Derbisi-2018
Kentukki Derbisi-2018 - Sputnik Azərbaycan
Abunə olmaq
Hippodromun nümayəndəsi Reyçel Baqnetto qazanılan məbləği sadəcə inanılmaz adlandırıb

BAKI, 9 may — Sputnik. Amerikalı qadın at yarışlarında 1,2 milyon dollar qazanıb. Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, Texas sakini Kentukkidəki at yarışlarına cəmi 18 dollar pul qoyub. 1,2 milyon dollar qazanan qadının adı açıqlanmır.

Hippodromun nümayəndəsi Reyçel Baqnetto (Rachel Bagnetto) qazanılan məbləği sadəcə inanılmaz adlandırıb: "Bu qədər az məbləğ qoy və milyon qazan. Bu sadəcə görülməyən bir şeydir. Belə bir hal ilk dəfə baş verir".

“Kentukki Derbi” ölkənin ən böyük yarışlarından biridir. Tədbirin miqyasının böyük olmasına baxmayaraq, mükafat fondu elə də böyük deyil.

Xəbər lenti
0