BAKI, 8 may — Sputnik. ABŞ prezidenti Donald Tramp İranla bağlı qərarını açıqlayıb.
Sputnik Azərbaycan “The New York Times”ə istinadla xəbər verir ki, Tramp fransalı həmkarı Ennanuel Makrona zəng edərək, İranın nüvə proqramı ilə bağlı bütün razılaşmalardan geri çəkiləcəyini bildirib. Bu barədə qəzetə iki liderin arasındakı danışığın məzmunundan xəbərdar olan mənbə xəbər verib.
Vaşinqton nüvə razılaşmasına qədər qüvvədə olan bütün sanksiyaları bərpa edəcək, eləcə də İrana qarşı yeni iqtisadi sanksiyalar tətbiq edəcək. Trampın qərarını bu gün Bakı vaxtı ilə saat 22 radələrində rəsmən açıqlayacağı gözlənilir.
Tehran və altılıq ölkələri (Rusiya, ABŞ, Böyük Britaniya, Çin, Fransa və Almaniya) 2015-ci ili yayında nüvə razılaşması əldə ediblər. Bu razılaşmaya görə, İran sanksiyaların ləğv edilməsi müqabilində nüvə proqramından imtina edir.